...

Atıcılıq üzrə açıq birincilik uğrunda açıq çempionat keçirilib (FOTO)

İdman Materials 11 İyun 2013 20:50 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubu növbəti yarışını həyata keçirib. Belə ki, FHN-nin daxili qurumları arasında keçirilən çempionatda 20 qurumdan 20 komanda və 40 idmançı iştirak edib.
Atıcılıq üzrə açıq birincilik uğrunda açıq çempionat keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubu növbəti yarışını həyata keçirib. Belə ki, FHN-nin daxili qurumları arasında keçirilən çempionatda 20 qurumdan 20 komanda və 40 idmançı iştirak edib.

10 metr atış məsafəsindən MOD 25 model kiçik tapança ilə keçirilən yarışlara respublika dərəcəli baş hakim Stepanova Olqa və hakimlər Qəhrəmanova Zemfira, Əhmədova Səadət nəzarət ediblər.

Şimal, Muğan, Gəncə, Sumqayıt regional mərkəzlərin komandalarından əlavə Mülki Müdafiə Qoşunları (MMQ), Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) və digər komandaların iştirak etdiyi yarış FHN Akademiyasının idman zalında baş tutub.

Şəxsi və komanda hesabı ilə keçirilən yarışların nəticələrini təqdim edirik:

Şəxsi hesabda:

1. Budaqov Afiq (Qarabağ RM) - 65 xal
2. Pişiyari Vaqif (DSXX) - 58 xal
3. Əsgərov Seymur (DYMX) - 53

Komanda hesabında:

1. FHN Akademiya - 101 xal
2. DYMX - 93
3. DSXX və Bakı RM - 79 xal

Qaliblər diplom, medal və həvəsləndirici hədiyələrlə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti