...

Azərbaycan taekvondoçuları İrandan 3 medalla qayıdırlar

İdman Materials 27 Fevral 2014 08:18 (UTC +04:00)
Kişilərdən ibarət Azərbaycan yığması fevralın 24-26-da İranın paytaxtı Tehran şəhərində keçirilən 25-ci Fəcr Açıq Çempionatında (“Fajr International Open”) uğurlu nəticə əldə edib.
Azərbaycan taekvondoçuları İrandan 3 medalla qayıdırlar

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Kişilərdən ibarət Azərbaycan yığması fevralın 24-26-da İranın paytaxtı Tehran şəhərində keçirilən 25-ci Fəcr Açıq Çempionatında ("Fajr International Open") uğurlu nəticə əldə edib.

Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, baş məşqçi, əməkdar məşqçi Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə İrana yollanan millimiz aktivinə 3 medal əlavə edib. Belə ki, Olimpiya çəki dərəcələrində mübarizə aparan komandamızın heyətində Radik İsayev (80+ kq) qızıl, Fariz Əliyev (-68 kq) gümüş, Elvin Məmmədov (-68 kq) isə bürünc medal qazanıb.

Taekvondoçularımız Vətənə bu gün dönəcəklər.

Xəbər lenti

Xəbər lenti