...

FIFA "Barselona"ya yeni oyunçular almağı qadağan etdi

İdman Materials 2 Aprel 2014 16:24 (UTC +04:00)
FIFA İspaniyanın "Barselona" futbol klubuna 18 yaşdan aşağı futbolçuların beynəlxalq transferləri və qeydiyyatı reqlamentindəki pozuntulara görə sanksiyalar tətbiq edib.
FIFA "Barselona"ya yeni oyunçular almağı qadağan etdi

Azərbaycan, Bakı, 2 aprel /Trend/

FIFA İspaniyanın "Barselona" futbol klubuna 18 yaşdan aşağı futbolçuların beynəlxalq transferləri və qeydiyyatı reqlamentindəki pozuntulara görə sanksiyalar tətbiq edib.

Trend təşkilatın rəsmi saytına istinadən məlumat verir ki, Kataloniya klubuna iki yaxın transfer pəncərəsində oyunçular almaq qadağan edilib. Habelə komanda 450 min İsveçrə frankı məbləğində cərimə ödəyəcək.

FIFA-nın rəsmi məlumatında deyilir: "Barselona"nın onlarla yeniyetmə oyunçunun transferi zamanı futbolçuların statusu və keçidi haqqında Reqlamentin 19-cu maddəsini pozduğu, eləcə də Reqlamentə 2-ci Əlavədə bir neçə pozuntuya yol verdiyi aşkar edilib".

FIFA qeyd edir ki, İntizam Komitəsi ciddi pozuntular aşkar edib və klubun iki yaxın transfer pəncərəsində milli və beynəlxalq transferlər etməsinə qadağa qoyub, eləcə də komandanı 450 min İsveçrə frankı məbləğində cərimə etməyi qərara alıb.

Kluba yeniyetmə futbolçularla bağlı vəziyyəti tənzimləmək üçün 90 gün vaxt verildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti