...

Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə "Ümid" yarışı sona çatıb (FOTO)

İdman Materials 14 Aprel 2014 11:00 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının 12-13 aprel 2014-cü il tarixlərində “ClimBaku” idman dırmanması mərkəzində yeniyetmə və gənclər arasında idman dırmanması üzrə keçirdiyi növbəti “Ümid” yarışı sona çatıb.
Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə "Ümid" yarışı sona çatıb (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının 12-13 aprel 2014-cü il tarixlərində "ClimBaku" idman dırmanması mərkəzində yeniyetmə və gənclər arasında idman dırmanması üzrə keçirdiyi növbəti "Ümid" yarışı sona çatıb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarışın final mərhələsində qaliblərə diplomlar təqdim olunub.

Çempionatın nəticələri belədir:

Oğlanlar arasında sürət üzrə final mərhələsi:
1. İnciyev Şamil ("FHN")
2. Xanlarov Atabəy ("FHN")
3. Abdullayev Fuad ("Qafqaz")

Qızlar arasında sürət üzrə final mərhələsi:
1. Novruzova Fidan ("Qərb Universiteti")
2. Musabəyli Azadə ("AMEAST")
3. Altuxanova Lalə ("Salavat")

Oğlanlar arasında bouldrinq üzrə final mərhələsi:
1.Abdullayev Fuad ("Qafqaz")
2. Qədirli Qorxmaz ("AMA")
3. Pupov Anton ("Climclub")

Qızlar arasında bouldrinq üzrə final mərhələsi:
1. Musabəyli Azadə ("AMEAST")
2.Əliyeva Süsən ("Rock Stone")
3. Novruzova Fidan ("Qərb Universiteti")

Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə "Ümid" çempionatında komandalararası yarışında ümumi nəticələrə görə FHN "Ekstremal" idman komandası I, "AMEAST" komandası II, "Qərb Universiteti" komandası isə III yerə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti