Azərbaycan, Bakı, 29 may /Trend/
FIFA prezidentliyinə namizədlərdən heç biri seçkilərin birinci turunda qələbə üçün lazım olan səsləri yığa bilməyib.
Trend-in məlumatına görə, seçkilər bu gün təşkilatın İsveçrənin Sürix şəhərində keçirilən konqresi çərçivəsində baş tutub.
FIFA-nın indiki prezidenti Yozef Blatterin lehinə 133 ölkə səs verib. 73 ölkə isə digər namizədi - İordaniya şahzadəsi Əli bin əl-Hüseyni dəstəkləyib. Təşkilatın nizamnaməsinə əsasən, prezidentliyə namizəd qələbə üçün səslərin 1/3-ni toplamalı idi. Belə olan halda qalibin müəyyən olunması ikinci tura qalıb.
Şahzadə isə ikinci turda iştirakdan imtina edib. Beləliklə, Y.Blatter yenidən FIFA prezidenti seçilib.
Qeyd edək ki, Y.Blatter 1998-ci ildən FIFA-ya rəhbərlik edir.