...

İdmançılarımız VII Beynəlxalq FAZZA yarışında iştirak edəcəklər

İdman Materials 12 Fevral 2016 15:04 (UTC +04:00)
Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının 5 nəfərdən ibarət heyəti VII Beynəlxalq FAZZA yarışında iştirak etmək üçün BƏƏ-nin Dubay şəhərinə yola düşüblər.
İdmançılarımız VII Beynəlxalq FAZZA yarışında iştirak edəcəklər

Bakı. Trend:

Bu gün Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının 5 nəfərdən ibarət heyəti VII Beynəlxalq FAZZA yarışında iştirak etmək üçün BƏƏ-nin Dubay şəhərinə yola düşüblər.

Trend-in məlumatına görə, bu, 12-20 fevral tarixlərində keçiriləcək son lisenziya xarakterli yarışdır.

Qeyd edək ki, səfər "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti