...

Bədii gimnastika və batut üzrə Azərbaycan birinciliyi davam edir (FOTO)

İdman Materials 9 Dekabr 2017 13:00 (UTC +04:00)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, həmçinin batut gimnastikası və tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı davam edir.
Bədii gimnastika və batut üzrə Azərbaycan birinciliyi davam edir (FOTO)

Bakı. Trend:

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, həmçinin batut gimnastikası və tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı davam edir.

Trend-in məlumatına görə, bədii gimnastlar balacalar, yeniyetmələr və gənclər kateqoriyalarında güclərini sınayırlar. Qrup hərəkətləri komandaları isə yalnız yeniyetmələr və balacalar yaş kateqoriyalarında medallar uğrunda mübarizə aparırlar. İştirakçılar Bakı Gimnastika Məktəbini, Respublika Kompleks İdman Məktəbini, “Ocaq Sport” və “Start” klublarını, həmçinin Su İdman Sarayını təmsil edirlər.

Artıq dördüncü dəfədir təşkil olunan bölgələrarası kubok yarışında isə İsmayıllı, Göyçay, Gəncə, Qusar, Şirvan, Şağan, Kürdəmir, Naxçıvan, Mingəçevir, Xırdalan və Sumqayıt təmsilçiləri çıxış edirlər. Kubok yarışında balacalar alətsiz və halqa, yeniyetmələr isə top, gürzlər və lent ilə çıxışlar nümayiş etdirəcəklər.

Yarışların ikinci günündə bölgələrarası kubok yarışında 2007-2009-cu il təvəllüdlü balacalar alətsiz və halqa, 2005-2006-cı il təvəllüdlü yeniyetmələr isə top, gürzlər və lentlə çıxış edəcəklər.

Daha sonra 2002-2004-cü il təvəllüdlü gənclər arasında halqa, top, gürzlər və lentlər üzrə qrup hərəkətləri komandaları arasında Azərbaycan çempionları müəyyənləşəcək.

Turnirin ən maraqlı məqamı sonuncu günə təsadüf edəcək. Belə ki, dekabrın 10-da “Qızıl Yaş” adlandırılmış şou xarakterli yarışlarda öz proqramlarını təqdim etmək üçün tamaşaçı qarşısına məhz məşqçilər çıxacaqlar. Bir neçə il əvvəl gimnast karyerasına son qoyaraq məşqçi-müəllim kimi çalışmağa başlayan qız yarış meydançasında öz məharətlərini göstərəcəklər.

Batutçular isə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında fərdi proqramda mübarizə aparırlar.

Batutçuların yarışında yerli idmançılarla yanaşı, Gürcüstan təmsilçiləri də iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti