...

Azərbaycan gimnastı Bakıda keçiriləcək Dünya Kubokunda qarşısına ən yüksək hədəflər qoyur (FOTO)

İdman Materials 5 Fevral 2018 12:24 (UTC +04:00)
Azərbaycan gimnastı Bakıda keçiriləcək Dünya Kubokunda qarşısına ən yüksək hədəflər qoyur.
Azərbaycan gimnastı Bakıda keçiriləcək Dünya Kubokunda qarşısına ən yüksək hədəflər qoyur (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan gimnastı Murad Ağarzayev mart ayında Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya Kubokunda qarşısına ən yüksək hədəflər qoyur.

Bu barədə Trend-ə müsahibəsində idmançı özü deyib.

Onun sözlərinə görə, Dünya Kubokunda məqsəd təkcə fərdi hərəkətlərdə finala çıxmaq deyil, həm də iki-üç alətlə çıxışlarda finala vəsiqə qazanmaqdır: “Fərdi çıxışlarda qızıl medal qazanmaq istəyirəm. Ötən il Bakıda keçirilmiş Dünya Kubokunda finala çıxdım, lakin birinci yeri tuta bilmədim”.

İdmançı əlavə edib ki, ötən illə müqayisədə onun rəqibləri daha da güclü olacaq: “Olimpiya çempionları, Avropa və dünya çempionları və mükafatçıları gəlir. Çox çətin olacaq, amma bu çətinliklərin öhdəsindən gəlmək lazımdır. Dünya Kubokundan sonra Avropa çempionatı və dünya birinciliyi olacaq. Öz adımı gimnastika dünyasında tanıtmaq istərdim. Hesab edirəm ki, hər şey mümkündür”.

Qeyd edək ki, 15-18 mart tarixlərində Bakı idman gimnastikası üzrə 3-cü FIG Dünya Kubokunu qəbul edəcək. Turnirdə 27 ölkədən 163 gimnast iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti