...

Marina Nekrasova: Bakıdakı Dünya Kubokunda xalın onda biri belə vacib olacaq (FOTO)

İdman Materials 9 Fevral 2018 13:28 (UTC +04:00)
Dünya Kuboku kimi yarışlarda xalın onda biri belə vacibdir
Marina Nekrasova: Bakıdakı Dünya Kubokunda xalın onda biri belə vacib olacaq (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Dünya Kuboku kimi yarışlarda xalın onda biri belə vacibdir.

Bunu Trend-ə azərbaycanlı gimnast Marina Nekrasova deyib.

Gimnast qeyd edib ki, o, Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda çətinləşdirilmiş proqramla çıxış edəcək: “Mən bu yarışda müxtəlif hündürlüklü qollarda və dayaqla tullanmada iştirak edəcəyəm. Hazırda proqramın çətinləşdirilməsi üzərində işləyirəm. Biz proqramı 0,4 xal çətinləşdiririk”.

O, məşqləri davam etdirdiyini bildirib: “Hazırlıq tam sürətlə davam edir. Çalışacağam ki, hər şeyi plana uyğun yerinə yetirim. Hələ ki, hər şey yaxşı gedir”.

Rəqibləri barədə danışan M.Nekrasova vurğulayıb ki, turnir kifayət qədər zəngin olacaq: “Əvvəlki Dünya kuboklarının yekunlarını təhlil etsək, Rumıniya, Avstraliya, Çin və Özbəkistan nümayəndələrini qeyd etmək olar. Mən mübarizə aparacağam və yaxşı nəticələr qazanacağıma ümid edirəm”.

Qeyd edək ki, 15-18 mart tarixlərində Bakı idman gimnastikası üzrə 3-cü FIG Dünya Kubokunu qəbul edəcək. Turnirdə 27 ölkədən 163 gimnast iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti