...

Güllə atıcımız Ruslan Lunyov Tokio Olimpiadasında mübarizəni dayandırıb

İdman Materials 2 Avqust 2021 07:40 (UTC +04:00)
Güllə atıcımız Ruslan Lunyov Tokio Olimpiadasında mübarizəni dayandırıb

Bakı. Trend:

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio Olimpiadasında mübarizəni dayandırıb.

Trend xəbər verir ki, tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edən idmançımız ikinci təsnifat mərhələsində 286 xal toplayıb. Təmsilçimiz ilk yarışda 281 xal qazanmışdı. Yekunda 567 xal toplayan Lunyov finala yüksəlmək şansını itirib.

Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək. Final mərhələsi bu gün təşkil olunacaq.

Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti