...

Gömrükçü idmançımız dünya rekorduna imza atıb (FOTO)

İdman Materials 23 Dekabr 2021 17:26 (UTC +04:00)
Gömrükçü idmançımız dünya rekorduna imza atıb (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Pauerliftinq" idman növü üzrə dünya çempionatında Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks birliyinin əməkdaşı Ramin Süleymanzadə dünya rekordunu təzələyərək qızıl medal qazanıb. 60 kq çəkidə yarışlarda iştirak edən Ramin Süleymanzadə "Pauerliftinq" idman növünün "Squat" hərəkətində 160 kq, "Benchpress" hərəkətində 116 kq və "Deadlift" hərəkətində 206 kq qaldıraraq yeni dünya rekorduna imza atıb. Həmçinin, idmançımız 3 hərəkətin cəmində 482 kq toplayaraq yeni dünya rekorduna adını yazdırıb.

Xatırladaq ki, Ramin Süleymanzadə Vətən müharibəsinin iştirakçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti