...

Gimnastika yarışlarında iştirak məni çox xoşbəxt edir – Gənc gimnast

İdman Materials 2 İyun 2022 17:34 (UTC +04:00)
Gimnastika yarışlarında iştirak məni çox xoşbəxt edir – Gənc gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Gimnastika yarışlarında içştirak məni çox xoşbəxt edir.

Bunu Trend-ə bədii gimnastika üzrə "Ocaq Sport" klubunun 1-ci açıq birinciliyinin iştirakçısı Ayla Məhərrəmli deyib.

O, yarışlardakı çıxışından razı qaldığını bildirib.

"Mən bu gün fərdi proqramda alətsiz və topla hərəkətlərdə çıxış etdim, ötən gün isə qrup hərəkətlərində proqram yerinə yetirmişdim. Biz böyüklər yaş kateqoriyasında üçüncü yeri tutduq. Bugünkü çıxışım yaxşı alındı, ümid edirəm ki, mükafat yerlərindən birini tutacağam", - deyə o bildirib.

Qeyd edək ki, iyunun 1-2-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Ocaq Sport" klubunun 1-ci açıq birinciliyi keçirilir. Yarışlarda 248 gimnast çıxış edir, onlardan 202-i paytaxt idman klublarını, 46 nəfəri bölgələri təmsil edir.

İkigünlük yarışlarda idmançılar həm çoxnövçülük, həm fərdi proqramda, həm də qrup hərkətlərdə mübarizə aparır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti