...

Azarkeşlər dünya çempionatının başlaması ərəfəsində Qətərə gəlirlər

İdman Materials 19 Noyabr 2022 00:29 (UTC +04:00)
Azarkeşlər dünya çempionatının başlaması ərəfəsində Qətərə gəlirlər

Bakı. Trend:

Bazar günü dünya çempionatının start götürəcəyi Qətərə dünyanın hər yerindən azarkeş qrupları gəlir.

Trend xəbər verir ki, azarkeşlər Doha küçələrində toplaşır, mahnı oxuyur, rəqs edir və turnirin startına hazırlaşırlar.

Azarkeşlər ənənəvi olaraq öz komandalarının rənglərində geyinirlər: parlaq narıncı formalarda holland azarkeşlər, eləcə də çoxlu sayda meksikalı azarkeşlər sombreroda və braziliyalılar sarı köynəklərdə və milli bayraqlarda artıq şəhəri gəzirlər.

Turnir zamanı Qətərin 1,2 milyon azarkeşi qəbul edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti