...

Qətər - Ekvador matçı futbol üzrə dünya çempionatının açılışını edəcək

İdman Materials 20 Noyabr 2022 01:42 (UTC +04:00)
Qətər - Ekvador matçı futbol üzrə dünya çempionatının açılışını edəcək

Bakı. Trend:

Noyabrın 20-də Qətərdə futbol üzrə dünya çempionatı başlayır.

Trend-in məlumatına görə, Qətər və Ekvador milli komandaları arasında A qrupunda keçiriləcək turnirin ilk oyunu Əl-Xaur şəhərində, 60 min tamaşaçı tutumuna malik “Əl-Beyt” stadionunda keçiriləcək. Oyun saat 20:00-da (GMT+4) başlayacaq.

İlkin olaraq dünya çempionatı noyabrın 21-də A qrupunda da yer alan Niderland və Seneqal matçı ilə başlamalı idi. Lakin avqustun 11-də Beynəlxalq Futbol Federasiyası (FİFA) Şurasının Bürosu açılış matçını noyabrın 21-dən noyabrın 20-nə təxirə salıb.

FİFA-nın dərc etdiyi açıqlamada bildirilib ki, bu qərar dünya çempionatının açılış mərasimi və turnirin ev sahiblərinin iştirakı ilə keçirilən ilk matçla başlanması ənənəsinin davamlılığı ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti