...

“Neftçi” – “Araz-Naxçıvan” görüşü heç-heçə ilə başa çatıb

İdman Materials 26 Noyabr 2023 19:03 (UTC +04:00)
“Neftçi” – “Araz-Naxçıvan” görüşü heç-heçə ilə başa çatıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun növbəti görüşü keçirilib.

Trend-in məlumatına görə, paytaxtın “Neftçi” komandası “Araz-Naxçıvan”ı qəbul edib. “Neftçi Arena”da keçirilən görüşdə komandalar hərəyə bir dəfə fərqlənib. Oyunda hesabı 41-ci dəqiqədə “Neftçi”nin heyətində Yuri Matias açıb – 1:0. Qonaqlar matçın son dəqiqələrində (90+3) hesabı bərabərləşdirməyə nail olublar. “Araz-Naxçıvan”ın heyətində Orxan Əliyev fərqlənib – 1:1. Görüş bu hesabla da başa çatıb.

Bu oyundan sonra aktivində 21 xal olan “Araz-Naxçıvan” beşinci, “Neftçi” isə 19 xalla altıncı sırada qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti