...

Güləşçilərimiz “Çempionlar” turnirində 10 medal qazanıblar (FOTO)

İdman Materials 18 Mart 2024 21:39 (UTC +04:00)
Güləşçilərimiz “Çempionlar” turnirində 10 medal qazanıblar (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 16-18-də Türkiyənin Antalya şəhərində güləş üzrə “Çempionlar” turniri keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığması ənənəvi turnirdə 10 (2 qızıl, 2 gümüş, 6 bürünc) medal qazanıb.

U-20 yaş qrupu üzrə təşkil edilən yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil edib. Sərbəst güləş üzrə millinin 6 üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyevlə (65 kq) Sadiq Mustafazadə (86 kq) gümüş, Ruslan Abdullayev (61 kq), Ramik Heybətov (70 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb. Yığmamız komanda hesabında 3-cü yeri tutub.

Qadınlardan ibarət yığma 4 medal əldə edib. Əsmər Cankurtaranla (53 kq) Ruzanna Məmmədova (62 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elvina Kərimzadə (55 kq) və Nərgiz Səmədova (55 kq) isə bürünc medal əldə edib. Bu komandamız da yekunda 3-cü yeri tutub.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sevinc Yusibova “Çempionlar” turnirində ədaləti qoruyub.

Xəbər lenti

Xəbər lenti