...

Dani Alves azadlığa çıxmaq üçün 1 milyon avroluq girovu ödəyib

İdman Materials 25 Mart 2024 17:47 (UTC +04:00)
Dani Alves azadlığa çıxmaq üçün 1 milyon avroluq girovu ödəyib

Bakı. Trend:

Braziliyalı futbolçu Dani Alves həbsdən buraxılması üçün tələb olunan 1 milyon avroluq girovu ödəyib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Kataloniya Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

İspaniya məhkəməsi tərəfindən qoyulan bu məbləği toplamaq üçün idmançıya bir neçə gün lazım olub. Artıq bu girov məhkəmənin hesabına köçürülüb. Braziliya millisinin və “Barselona”nın sabiq müdafiəçisi 14 ay həbsdə qaldıqdan sonra yaxın müddətdə azadlığa buraxılacaq.

Qeyd edək ki, fevralın 22-də Alves cinsi təcavüzdə təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib. İspaniya məhkəməsi martın 20-də onun apelyasiya şikayətinə baxaraq, 1 milyon avro girov müqabilində həbsdən azad edilməsinə qərar verib. Həm İspaniya, həm də Braziliya pasportlarını təhvil verməli olan Dani ölkəni tərk etməməli, lazım gəldikdə məhkəməyə getməyə borcludur.

Xəbər lenti

Xəbər lenti