...

Qol epizodlarından istifadə etməmək özünü göstərdi - Arif Əsədov

İdman Materials 25 Mart 2024 23:01 (UTC +04:00)
Qol epizodlarından istifadə etməmək özünü göstərdi - Arif Əsədov

Bakı. Trend:

Maraqlı qarşılaşma oldu. Hər iki komanda meydanda yaxşı oyun nümayiş etdirdi.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan millisinin məşqçisi Arif Əsədov "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində Bolqarıstanla (1:1) qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, komandası əzimkar oyun göstərib: “Qələbə qazanmagı düşünürdük. Ani qol buraxdıq, bundan sonra komandada zəifləmə oldu. Ardınca dəyişikliklər etdik. Komanda 70-80 faiz istədiyini etdi. Qol epizodlarından istifadə etməmək burda da özünü göstərdi”.

Xəbər lenti

Xəbər lenti