...

Oynadığı komandaya ziyan vurur - İlqar Qurbanov Elvin Cəfərquliyevu qınayıb

İdman Materials 26 Mart 2024 15:10 (UTC +04:00)
Oynadığı komandaya ziyan vurur - İlqar Qurbanov Elvin Cəfərquliyevu qınayıb

Bakı. Trend:

Elvin Cəfərquliyev vacib oyunlarda qırmızı vərəqələr aldı. Bu da psixoloji olaraq ona təsir elədi.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu İlqar Qurbanov deyib.

Yığmada seleksiyaçı vəzifəsini yerinə yetirən gənc mütəxəssis Avropa Liqasında “Braqa” - “Qarabağ” (3:2) oyununda hakimi təhqir edən Elvin Cəfərquliyevin UEFA klub turnirlərdindən iki oyunluq diskvalifikasiyasına münasibət bildirib.

Qurbanovun sözlərinə görə, futbolçu Bolqarıstanla görüşdə də aqresiv hərəkətləri ilə diqqət çəkib:

“Cəfərquliyev belə etməməlidir. Həm özünə, həm də oynadığı komandaya ziyan vurur. Amma istər-istəməz belə arenalarda stress çox olur. Məsuliyyət çox olanda da problemlər yaşayır. Amma inanıram ki, Elvin bu problemi qısa vaxtda aradan qaldıracaq”.

Qeyd edək ki, Cəfərquliyev UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı ev oyunu və 1/8 finalda “Bayer”ə qarşı səfər matçında qırmızı vərəqə alıb.

Xəbər lenti

Xəbər lenti