...

Yığmamız "Qalatasaray"a qalib gəlib (FOTO)

İdman Materials 28 Mart 2024 14:32 (UTC +04:00)
Yığmamız "Qalatasaray"a qalib gəlib (FOTO)

Bakı. Trend:

16 və 18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan milli komandaları Türkiyə toplanışını başa vurub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, komandalarımız İstanbulda keçirilən hazırlığı qələbələrlə bitiriblər.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz keçirdikləri növbəti 8 yoxlama oyununun yalnız birində məğlub olublar. Yüksək liqa təmsilçisi "Galatasaray"ın U16 komandası üzərində önəmli qələbə qazanan basketbolçularımız yalnız "Emlak Konut"la bacarmayıb.

U-16
Azərbaycan - "Qalatasaray" - 65:54
Azərbaycan - "Besaş" - 82:56
Azərbaycan - "Bursa Uludağ" - 69:57
Azərbaycan - "Emlak Konut" - 54:66

U-18
Azərbaycan - "Besaş" - 72:61
Azərbaycan - "Bursa Uludağ" - 84:70
Azərbaycan - "İstanbul Allstar" - 75:74

Qeyd edək ki, qızlarımız bu təlim-məşq toplanışında keçirilmiş yoxlama oyunlarında 14 qələbə qazanıb və cəmi bir dəfə məğlub olublar.

Xəbər lenti

Xəbər lenti