Bakı. Trend:
4-8 iyun tarixlərində Estoniyanın Tallin şəhərində bədii
gimnastika üzrə Avropa çempionatı keçirilib.
Trend xəbər verir ki, yarışda
ölkəmizi fərdi proqramda böyüklər arasında Kamilla Seyidzadə,
Gövhər İbrahimova və Zəhra Cəfərova, gənclərdən ibarət qrup
hərəkətləri komandasında Ayan Nəsirova, Nəzrin Salmanlı, Nəzrin
Abdullayeva, Şəms Müvəffəqi və Röya Alıkişiyeva, böyüklərdən ibarət
qrup hərəkətləri komandasında isə Yelizaveta Luzan, Darya Sorokina,
Kamilla Əliyeva, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Sofiya
Məmmədova təmsil ediblər.
Gimnastlarımız ən yaxşı performanslarını nümayiş etdirməyə
çalışsalar da, təəssüf ki, mükafatçılar sırasına düşə bilməyiblər.
3 top və 2 halqa ilə çıxış edən böyüklərdən ibarət qrup hərəkətləri
komandamız 24.000 xalla final mərhələsinə yüksəlsə də, ilk üçlükdə
yer ala bilməyib.
Gimnastlarımıza növbəti yarışlarda uğurlar arzulayırıq!