...

"AzerGold" ilk qızıl və gümüş ixracını həyata keçirib

İqtisadiyyat Materials 11 May 2017 10:39 (UTC +04:00)
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilk qızıl və gümüş tərkibli külçələrin ixracını həyata keçirib.
"AzerGold" ilk qızıl və gümüş ixracını həyata keçirib

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilk qızıl və gümüş tərkibli külçələrin ixracını həyata keçirib.

QSC-dən Trend-ə verilən məlumata görə, Azərbaycanda hasil olunan və nüfuzlu İsveçrənin “Argor-Heraus” şirkəti tərəfindən saflaşdırılmış 16.1 min unsiya qızıl və 23.7 min unsiya gümüş beynəlxalq birjaya çıxarılıb. Bu, indiyədək Azərbaycandan birdəfəyə həyata keçirilən ən irihəcimli qiymətli metal ixracıdır. Dövlət şirkətinin satışdan təqribən 20 milyon ABŞ dolları vəsait əldə etməsi gözlənilir.

“AzerGold” QSC ilin sonunadək ümumilikdə 160 min unsiya (70 min unsiya qızıl, 90 min unsiya gümüş) qiymətli metal satışını reallaşdırmağı planlaşdırır. Bu, dünyada hazırki metal qiymətlərini nəzərə aldıqda Cəmiyyətin ilin sonunadək gəlir kimi 85 milyon ABŞ dollarından çox xarici valyutanı ölkə iqtisadiyyatına daxil etməsi deməkdir.

Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı sərəncamla təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir. Onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti