...

Nazir Ramin Quluzadə beynəlxalq jurnalın əməkdaşlarını mükafatlandırıb

İqtisadiyyat Materials 13 İyul 2017 17:58 (UTC +04:00)
Nazir Ramin Quluzadə beynəlxalq jurnalın əməkdaşlarını mükafatlandırıb.
Nazir Ramin Quluzadə beynəlxalq jurnalın əməkdaşlarını mükafatlandırıb

Bakı. Trend:

Nazir Ramin Quluzadə beynəlxalq jurnalın əməkdaşlarını mükafatlandırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə ABŞ-ın “Clarivate Analytics” şirkətinin (Thomson Röyters Agentliyi) 2016-cı il hesabatına əsasən, Təsir Əmsalı (Impact Factor) yüksələn “Applied and Computational Mathematics” (ACM) beynəlxalq jurnalın əməkdaşları mükafatlandırılıb.

Nazirliyin dəstəyi ilə fəaliyyət göstərən jurnalın Azərbaycan elminin təbliğində və dünya elmi fəzasına inteqrasiyasında əhəmiyyətli rol oynadığını nəzərə alaraq və Təsir Əmsalının artması münasibəti ilə onun uğurlarında zəhmətləri olan jurnalın baş redaktoru, akademik Fikrət Əliyev, baş redaktor müavini Nərgiz Səfərova, icraçı redaktor Nazilə Hacıyeva və redaktor assistentləri Nərgiz Hüseynova və Yeganə Məmmədovaya nazirliyin “Fəxri fərman”ları təqdim olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının təsis etdiyi jurnal hələ ki, təsir əmsalına malik ilk və yeganə Azərbaycan jurnalıdır.

Qeyd edək ki, ACM jurnalı MDB məkanında bu istiqamət üzrə ən yüksək impakt faktora (1.333) malikdir, Şərqi Avropada isə 3-cü yeri tutur. Nəşr olunduğu 16 il müddətində bu jurnal 45 ölkədən 250-dən artıq beynəlxalq müəssisə ilə elmi mübadilə həyata keçirib.

İngilis dilində nəşr olunan jurnalda tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti