...

"AccessBank"dan müştəriləri sevindirən kredit kampaniyası

İqtisadiyyat Materials 14 İyul 2017 15:13 (UTC +04:00)
"AccessBank" 15 illik yubileyi münasibətilə bu il müştərilərini bir-birindən sərfəli yeni kampaniyalarla və təkliflərlə sevindirir.
"AccessBank"dan müştəriləri sevindirən kredit kampaniyası

Bakı. Trend:

"AccessBank" 15 illik yubileyi münasibətilə bu il müştərilərini bir-birindən sərfəli yeni kampaniyalarla və təkliflərlə sevindirir.

Bankdan Trend-ə verilən məlumata görə, bu kampaniyalardan biri də müştəriləri həyəcanladıran və sevindirən “15=12” kredit kampaniyasıdır.

Bəs 15=12 necə olur?

Çox sadə, "AccessBank" 15 illik yubileyi münasibətilə bu kampaniya çərçivəsində 15 ay müddətinə kredit götürən hər kəsə kreditin 3 ayının faizlərini hədiyyə edir.

Bu kampaniyadan kim faydalana bilər?

Kampaniya çərçivəsində mikro və nağd kreditləri iş yerindən arayış təqdim edən şəxslər və şəxsi biznes sahibləri əldə edə bilərlər.

Nə vaxt kampaniyaya qoşula bilərsiniz?

“15=12” kampaniyası 31 iyul 2017-ci il tarixinədək davam edəcək, sizin hələ də bu fürsətdən faydalanmağa şansınız var.

Daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook və twitter səhifələrindən, eləcə də 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti