...

Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 53-ə çatıb

İqtisadiyyat Materials 26 İyul 2017 16:57 (UTC +04:00)
Çoxmənzilli binaların idarə olunmasında yeni üsulların tətbiqi genişlənir
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 53-ə çatıb

Bakı. Trend:

Çoxmənzilli binaların idarə olunmasında yeni üsulların tətbiqi genişlənir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, artıq 53 mənzil mülkiyyətçiləri müştərək cəmiyyət (MMMC) Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin, formalaşmaqda olan yeni münasibətlərin, habelə mənzil fondunun idarə olunmasında yeni üsulların tətbiqi istiqamətində maarifləndirmə və təbliğat işləri aparılır, yerli icra hakimiyyəti orqanları və bələdiyyə nümayəndələrinin, sahə mülkiyyətçilərinin iştirakı ilə tədbirlər təşkil edilir, mənzil mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir.

Aparılan maarifləndirmə işlərinin və sahə mülkiyyətçilərinin binaların idarə olunmasında marağının artmasının nəticəsi olaraq, Bakı şəhərinin və Abşeron rayonunun ayrı-ayrı ünvanlarında yerləşən çoxmənzilli binalarda yaradılan MMMC-in sayı artır.

Çoxmənzilli binalarda MMMC-lərin yaradılmasının dəstəklənməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti