...

Dünya Bankı ilə Azərbaycan Kənd İnvestisiya Layihəsinin 3-cü mərhələsi müzakirə olunub

İqtisadiyyat Materials 26 Sentyabr 2017 21:30 (UTC +04:00)
Kənd Təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Dünya Bankı ilə Azərbaycan Kənd İnvestisiya Layihəsinin 3-cü mərhələsi müzakirə olunub

Bakı. Trend:

Kənd Təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə əsas məqsəd Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) 3-cü mərhələsi üzrə danışıqların aparılması olub.

Dünya Bankının layihə üzrə qrup rəhbərinin müavini Tara Şərəfudhin Kənd İnvestisiya Layihələrinin Birinci və İkinci mərhələləri üzrə görülmüş işlər üzrə məlumat verərək, 2005-ci ildən bu günə qədər AzKİL çərçivəsində 1999 icma yönümlü layihə həyata keçirildiyini bildirib. Tara Şərəfudhin bu layihələrin əsasən infrastruktur layihələr olmaqla 1141 kənddaxili yolun bərpası, 262 içməli su sisteminin bərpası, 147 irriqasya və drenaj sisteminin bərpası, 42 məktəbin təmiri və bərpası, 21 uşaq bağçasının təmirı və bərpası, 200 icmada abadlıq işlərinin aparılması və s tədbirlərin həyata keçirildiyini və coğrafi xəritənin tərtib olunduğunu qeyd edib. Layihə çərçivəsində həyata keçirilmiş tədbirlər son nəticədə icmaların formalaşmasına, bacarıq və vərdişlərin, o cümlədən əhalinin gəlirlərinin artırılmasına yönəlib.

Yekunda təkliflər nəzərə alınmaqla layihələrin təkmilləşdirilməsi, strateji qiymətləndirməni aparmaqla aqrar sektorda ehtiyacların müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti