...

Dövlət Agentliyinin sədri: 14 il ərzində 12 min kilometrdən artıq yol çəkilib (FOTO)

İqtisadiyyat Materials 2 Fevral 2018 14:40 (UTC +04:00)
14 il ərzində 12 min 300 km yol çəkilib, bu il bu rəqəm təqribən 15 min km-ə çatacaq.
Dövlət Agentliyinin sədri: 14 il ərzində 12 min kilometrdən artıq yol çəkilib (FOTO)

Bakı. Trend:

14 il ərzində 12 min 300 km yol çəkilib, bu il bu rəqəm təqribən 15 min km-ə çatacaq, bu çərçivədə bu il 2300 km avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkiləcək.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan iclasda qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədov yol infrastrukturunun yenidən qurulmasını regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramlarında yer alan infrastruktur layihələri sırasında xüsusi olaraq qeyd olunduğunu və Prezident İlham Əliyevin regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası ilə bağlı keçirdiyi bütün konfranslarda çıxışı zamanı bunun önəmini xüsusi olaraq vurğuladığını qeyd edib.

İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısının konfransdakı çıxışından irəli gələn tövsiyə və tapşırıqlarına əsasən, artıq respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda genişmiqyaslı yenidənqurma işlərinə start verildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasın sonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri S.Məmmədov dövlət başçısının konfransdakı çıxışından irəli gələn məsələlərlə bağlı aidiyəti idarə və şöbələrin rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti