...

Bank sistemlərində rəqəmsallaşma üzrə diaqnostikanın nəticələri açıqlandı

İqtisadiyyat Materials 9 Fevral 2018 10:28 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən bank sistemində rəqəmsallaşma üzrə diaqnostikanın nəticələri açıqlandı.
Bank sistemlərində rəqəmsallaşma üzrə diaqnostikanın nəticələri açıqlandı

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən bank sistemində rəqəmsallaşma üzrə diaqnostikanın nəticələri açıqlandı.

Palatadan Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfi üzrə MBNP-də görüş keçirilib.

Mərkəzi Bankın, bankların və xidmət mərkəzlərinin, habelə, beynəlxalq kart təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə 2017-ci ilin dekabr ayında aparılmış diaqnostikanın, bank sistemində elektron bankçılıq xidmətləri, bank hesabları üzrə əməliyyatlar, ödəniş kartı infrastrukturu, elektron formada təqdim edilən xidmətlər və digər sahələr üzrə aparılan qiymətləndirmə nəticələri açıqlanıb. Rəqəmsal bankçılıq sahəsində cari vəziyyətin müzakirə olunduğu tədbirdə, eyni zamanda, bank xidmətlərində rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində aparılacaq islahatlar və qarşıda duran perspektivlərə dair təkliflər müzakirə edilib.

Qeyd edilib ki, MBNP tərəfindən banklarla fərdi qaydada görüşlərin keçirilməsinə və rəqəmsallaşma sahəsində aparılacaq islahatların birgə müəyyən edilməsinə artıq başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti