...

Azərbaycanda ilk dəfə “universitet-biznes” əməkdaşlığı layihəsi təqdim edilib (FOTO)

İqtisadiyyat Materials 24 Aprel 2018 10:53 (UTC +04:00)
Azərbaycan Turizm və Menecment Universitetində “universitet –biznes” əməkdaşlığının yeni layihəsinin təqdimatı keçirilib.
Azərbaycanda ilk dəfə “universitet-biznes” əməkdaşlığı layihəsi təqdim edilib (FOTO)

Bakı. Trend:

Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planına uyğun olaraq sənaye – ATMU əməkdaşlığı çərçivəsində keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Turizm və Menecment Universitetində “universitet –biznes” əməkdaşlığının yeni layihəsinin təqdimatı keçirilib.

ATMU-dan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ATMU-nun prorektoru Anar Eminov bildirib ki, “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi ATMU ilə Onbranch şirkətinin birgə layihəsidir.Bu layihə Azərbaycanda ilk dəfə olaraq tətbiq edilir və ali təhsil ocaqlarından pilot layihə olaraq ATMU seçilib. Startap kimi fəaliyyətə başlamış Onbranch şirkəti artıq müstəqil şirkət olaraq əsasən məkanların virtual proyeksiyasının yaradılması fəaliyyətini icra edir. Layihə ABŞ-da, İngiltərədə, Türkiyədə və Gürcüstanda qeydiyyatdan keçib və fəaliyyətə başlayıb.

Marketinq kafedrasının müəllimi Uğur Babayev, BBF-in layihə meneceri Rəşad Məmmədov və Onbranch layihəsinin təsisçisi Elçin Əskərov layihənin mahiyyəti barədə məlumat verərək, qeyd etdilər ki, Onbranch mobil əlavəsini yükləyən tələbə və müəllim heyyəti ATMU-nun bu mobil əlavədəki səhifəsində avtomatik qeydiyyatdan keçir, universitetin internet radiusu məkanına daxil olan andan aktiv olan ATMU-Onbranch proqramı tələbə və müəllim heyətinə universitet daxilində keçirilən bütün tədbirlərdən xəbərdar olmağa imkan yaradır. Bunun üçün hər bir nəfərə ayrı-ayrılıqda məlumat göndərməyə ehtiyac qalmır. Diqqətçəkən məqamlardan biri odur ki, proqram vasitəsilə tələbələr universitet daxilində kitabxana resurslarından sərbəst istifadə imkanları əldə edirlər. Həmçinin səhifəyə yüklənmiş hər hansı məlumat, elan, xəbərdarlıq və ismarıclar proqram vasitəsilə dərhal ATMU heyətinə ötürülür. Bundan başqa, Onbranch, tələbə və müəllim heyətinin asudə vaxtlarını da düşünərək, asudə vaxtlarını daimi keçirdikləri məkanlarda – kafe, restoran, əyləncə mərkəzləri, gimnastika zalları, olimpiya mərkəzləri, dil və təlim kursları, kinoteatr, teatr, kitabxanalarda xüsusi endirim qazanmaları üçün də şərait yaradır. Bu endirimləri, ATMU-Onbranch-ın hər bir üzvü əldə etmiş olur.

Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev Qafqazda ilk dəfə Gürcüstan ali məktəblərinin kampuslarında tətbiq edilmiş proqramın Azərbaycan ali məktəblərində isə ilk olaraq Azərbaycan Turizm və Menecment Universitetində tətbiq edildiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti