...

Xıdırlı - Qaragünə mənzilində 7 km dəmir yolu əsaslı təmir olunur (FOTO)

İqtisadiyyat Materials 14 İyun 2018 10:28 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.
Xıdırlı - Qaragünə mənzilində 7 km dəmir yolu əsaslı təmir olunur (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli materiallarla əsaslı təmiri aparılır.

Təmir işlərini “Dəmiryolservis” MMC həyata keçirir.

Hazırda Xıdırlı-Qaragünə mənzilində 7 kilometrlik yolun əsaslı təmir işləri icra olunur.

Bu mənzildə son əsaslı təmir işləri 1960-cı illərdə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq, bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hal-hazırda görülən işlər böyük əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti