...

AYİB-in Şərqi Avropa və Qafqaz üzrə yeni icraçı direktoru Azərbaycan tərəfinə təqdim edilib

İqtisadiyyat Materials 13 Noyabr 2018 19:12 (UTC +04:00)
İqtisadiyyat naziri, Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) Azərbaycandan müdir Şahin Mustafayev Azərbaycanda səfərdə olan AYİB-in vitse-prezidenti xanım Betsi Nelson ilə görüşüb.
AYİB-in Şərqi Avropa və Qafqaz üzrə yeni icraçı direktoru Azərbaycan tərəfinə təqdim edilib

Bakı. Trend:

İqtisadiyyat naziri, Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) Azərbaycandan müdir Şahin Mustafayev Azərbaycanda səfərdə olan AYİB-in vitse-prezidenti xanım Betsi Nelson ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duratenin də iştirak etdiyi görüşdə Azərbaycan və AYİB arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri bank rəsmisinin diqqətinə çatdırılıb, AYİB-in Şərqi Avropa və Qafqaz üzrə yeni icraçı direktoru Matteo Patron Azərbaycan tərəfinə təqdim edilib.

İqtisadiyyat naziri qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın diversifikasiyasının Azərbaycanın prioritetləri olduğunu diqqətə çatdırıb, bu istiqamətdə həyata keçirilən islahatlar, eləcə də bu ilin yanvar-sentyabr ayları üzrə əsas makroiqtisadi göstəricilər barədə məlumat verib. Ş.Mustafayev Azərbaycan və AYİB arasındakı səmərəli və uzunmüddətli əməkdaşlığın olduğunu, Bankın ölkəmizdə özəl sektorun maliyyələşdirilməsi, enerji, infrastruktur və s. sahələrə dəstək göstərdiyini vurğulayıb. Qeyd olunub ki, AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb. Azərbaycan və AYİB-in əməkdaşlıq etdiyi mühüm layihələrdən olan TANAP layihəsi Avropanın enerji təminatında önəmli olacaqdır. AYİB-lə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikirlərini bölüşən nazir Ş.Mustafayev Azərbaycanın AYİB ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib, Bankla özəl sektor arasında əlaqələrin inkişafının, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə əlaqələrin qurulmasının AYİB-lə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını diqqətə çatdırıb.

AYİB-in vitse-prezidenti B.Nelson Bankın ölkəmizlə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb, Azərbaycanda aparılan iqtisadi islahatların təqdirəlayiq olduğunu vurğulayıb. B.Nelson AYİB-in ölkəmizdə reallaşdırılan layihələrin maliyyələşdirilməsini davam etdirəcəyini, özəl sektorla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti