Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq Ankaradan Bakıya reyslər həyata keçirəcək.
Trend-in məlumatına görə, uçuşlar həftədə dörd dəfə - bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri baş tutacaq.
Dəyəri 89,99 dollar olan biletlərin satışı artıq başlayıb.
“Pegasus Airlines” təyyarələr Ankaranın Esenboğa hava limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirəcək.