Bakı. Trend:
Bu gün Azərbaycanın yeni İqtisadiyyat naziri Mikayıl Cabbarov kollektivə təqdim edilib.
Trend-in məlumatına görə, Mikayıl Cabbarovu İqtisadiyyat Nazirliyinin işçilərinə Baş Nazir Əli Əsədov təqdim edib.
Xatırladaq ki, oktyabrın 23-də Prezident İlham Əliyevin sərəncamı ilə M.Cabbarov Vergilər naziri vəzifəsindən azad edərək İqtisadiyyat naziri təyin edilib.