...

Azərbaycanda yaşayış minimumu məbləği təsdiq olundu

İqtisadiyyat Materials 25 Noyabr 2019 14:00 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
Azərbaycanda yaşayış minimumu məbləği təsdiq olundu

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

Müzakirələrdən sonra yaşayış minimumunun məbləği ikinci oxunuşda təsdiq olunub.

Qanun 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti