...

Mərkəzi Bank uçot dərəcəsini artırıb

İqtisadiyyat Materials 18 Mart 2022 14:54 (UTC +04:00)
Mərkəzi Bank uçot dərəcəsini artırıb

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,5 faizdən 7.75 faizə qaldırılıb.

Bu barədə Trend Mərkəzi Banka istinadən məlumat verir.

Faiz dəhlizinin aşağı həddi 6.25 faiz, yuxarı həddi isə 9.25 faiz səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 9 faiz idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti