...

Keçən il Türkiyə 21 milyard dollardan çox hazır geyim ixrac edib

İqtisadiyyat Materials 6 Yanvar 2023 09:18 (UTC +04:00)
Keçən il Türkiyə 21 milyard dollardan çox hazır geyim ixrac edib

Bakı. Trend:

2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artaraq 21,2 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Keçən ilin dekabr ayında Türkiyə 1,7 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2021- dekabr 2022) Türkiyə 21,2 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti