...

Yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı azalıb

İqtisadiyyat Materials 5 İyul 2023 08:28 (UTC +04:00)
Yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı azalıb

Bakı. Trend:

2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 10 milyon 10 min 997 dollara bərabər olub.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə 1 milyon 659 min 501 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 15,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 20 milyon 422 min 628 dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti