...

Türkiyənin Özbəkistana hazır geyim ixracı 19 milyon dolları ötüb

İqtisadiyyat Materials 18 İyul 2023 12:17 (UTC +04:00)
Türkiyənin Özbəkistana hazır geyim ixracı 19 milyon dolları ötüb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Özbəkistana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 48,8 faiz artaraq 19,2 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Özbəkistana hazır geyim ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 50,6 faiz artaraq 2,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 10,1 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,7 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 15,6 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 20,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti