...

İcmal büdcənin profisiti 5,6 dəfə artıb

İqtisadiyyat Materials 22 Yanvar 2024 17:19 (UTC +04:00)
İcmal büdcənin profisiti 5,6 dəfə artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il icmal büdcəsinin gəlirləri 50 mlrd. 343,6 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 7283,5 mln. manat və ya 16,9 faiz, 2022-ci illə müqayisədə isə 7246,0 mln. manat və ya 16,8 faiz çoxdur.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatda deyilir.

Məlumata görə, icmal büdcənin xərcləri 41269,8 mln. manat proqnoza qarşı 956,0 mln. manat (2,3 faiz) az və ya 40313,8 mln. manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 5240,2 mln. manat və ya 14,9 faiz çoxdur.

İcmal büdcədə 10029,8 mln. manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza nisbətən 5,6 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti