...

"Azərsığorta"nın ləğvi onun öhdəliklərinin yerinə yetirilməsinə mane olmayacaq

İqtisadiyyat Materials 3 Fevral 2024 16:21 (UTC +04:00)
"Azərsığorta"nın ləğvi onun öhdəliklərinin yerinə yetirilməsinə mane olmayacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Dövlət Sığorta Kommersiya Şirkətinin hərbi qulluqçuların və hüquq-mühafizə orqanları əməkdaşlarının dövlət icbari şəxsi sığortasından ibarət olan əsas fəaliyyəti və səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsindən sonra Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılsa da onun olduqca yüksək rəqabət mühiti ilə xarakterizə olunan daxili sığorta bazarında xüsusi çəkisi azalmış, özəl sığorta şirkətlərinə münasibətdə xüsusi üstünlüklərə malik olmaması səbəbindən rentabelli fəaliyyətinin təmin edilməsi mümkün olmamış, Nəticədə Şirkətin təsisçisi olan dövlətin maliyyə itkilərilə qarşılaşması riskləri artmışdı.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, yaranmış vəziyyəti nəzərə alan Şirkətin menecmenti tərəfindən Şirkətin Direktorlar Şurasına və Azərbaycan İnvestisiya Holdinqinə (AİH) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq şirkətin könüllü qaydada ləğv edilməsi barədə müraciət olunmuşdur. Həmin müraciət AİH və Şirkətin Direktorlar Şurası tərəfindən təhlil edilərək dəstəklənmişdir və AİH-nin Müşahidə Şurasına təqdim olunub.

AİH-nin Müşahidə Şurası təqdim olunmuş təklifə baxaraq Şirkətin könüllü qaydada ləğvi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırmış və Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 31 yanvar tarixli Fərmanı ilə Şirkət ləğv edilib.

Şirkətin könüllü ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və AİH-nin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılacaq və sığorta fəaliyyəti üzrə şirkətə verilmiş lisenziyasının ləğvi üçün Mərkəzi Banka müraciət ediləcəkdir.

Qarşıdakı dövrdə ləğvetmə prosesi çərçivəsində Şirkətin mövcud sığorta portfeli üzrə bildirilən sığorta iddiaları operativ şəkildə tənzimlənəcək, kreditorlar qarşısında bütün öhdəliklər təmin ediləcəkdir.

Şirkətin ləğv edilməsi öz vəsaitləri və təkrarsığorta təminatları hesabına tam təmin ediləcək və dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaranmayacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti