...

Bişkekdə Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi imzalanıb

İqtisadiyyat Materials 6 Noyabr 2024 13:49 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bişkek. Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə hazırlanan Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) imzalanıb.

Trend xəbər verir ki, Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşü çərçivəsində üzv dövlətlər arasında Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) imzalanıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə hazırlanan sənədin icrası TDT üzv dövlətləri arasında elektron ticarətin inkişafı, qanunvericiliyin uyğunlaşdırılması, gömrük tənzimləmələri, maliyyə texnologiyaları (FinTech) kimi mühüm istiqamətlərdə əməkdaşlığımızı dərinləşdirəcək.

Bununla yanaşı, təşkilata üzv dövlətlər arasında rəqəmsal ticarətdə istehlakçı hüquqlarının müdafiəsi və kibertəhlükəsizlik sahələrində imkanlarımızı birləşdirməyə töhfə verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti