...

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

İqtisadiyyat Materials 12 Aprel 2025 17:47 (UTC +04:00)
Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçılara 2,2 milyard manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79,6 milyon manat və ya 3,8% çoxdur.

Toxuculuq məhsulları, geyim və ayaqqabılar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 14,9% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb

2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti