...

İlin sonuna qədər Azərbaycanda Etalon Mərkəzinin açılışı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2007 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ "İlin sonuna qədər Azərbaycanda etalonlar mərkəzinin açılışı gözlənilir" - deyə cümə axşamı Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov məlumat verib.

Həsənovun sözlərinə görə, artıq mərkəzin tikintisinə başlanıb. "Avropa İttifaqı binanın mikroiqliminə riayət edilməsi üzrə bizim qarşımıza normalar qoyub və biz çalışırıq ki, bu normalara riayət edək", -deyə Həsənov əlavə edib.

Dövlət Xidməti artıq 400 min dollara yaxın dəyərdə çəki və təzyiqin dəyişdirilməsi üçün öncədən təyin olunan 9 etalona malikdir, Agentlik Azərbaycanda "Etalon Mərkəzi"nin yaradılması və inkişafı üzrə Dövlət Proqramı çərçivəsində, beş illik müddət ərzində 50-yə yaxın etalon almağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti