...

Əmək Müfəttişliyi və Azərbaycanın Sahibkarlar Konfederasiyası əmək müqavilələrinin icbari olaraq bağlanmasına dair proqram tətbiq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Çərşənbə axşamı Azəbaycanın Milli Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədovun verdiyi məlumata görə, Konfederasiya Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə əmək müqavilələrinin icbari olaraq bağlanması ilə bağlı birgə maarifçilik işləri həyata keçirəcək.

Avqustun 28-də Bakıda tikilməkdə olan 16 mərtəbəli binanın uçmasından sonra avqustun 30-da Azərbaycan prezidenti tikinti sektoru üzərində nəzarət tədbirlərinin gücləndirilməsinə dair sərəncam verib. Sərəncamın bəndlərindən birində əmək müqaviləsinin bağlanmasının mütləq xarakter daşıması göstərilir.

Məmmədovun sözlərinə görə, qanun pozuntularının böyük əksəriyyəti ölkənin tikinti sektorunda baş verir ki, burada işçilər yüksək məvaciblə işə götürülür, lakin əmək müqaviləsinin icbari olaraq bağlandığı təqdirdə, əmək müqaviləsində minimum əmək haqqı göstərilir.

Azərbaycanda minimum əmək haqqı 50 manat təşkil edir.

"Əmək müqaviləsinin bağlanmaması gələcəkdə özünü əmək təqaüdünün alınması zamanı göstərəcək ki, bu zaman zəşhmətkeşlər iş qabiliyyətinə malik olduğu dövrə qazandığı məvacib ilə müqayisədə çax cüzi həcmdə təqaüd alacaqlar" - deyə Məmmədov bildirib.

Aylıq əmək haqqından çıxılan icbari sosial ödənişlər 25% təşkil edir.

Azərbaycanın Milli Sahibkarlar Konfederasiyası 1999-cu ildə yarıdılıb. Təşkilatın üzvlərinin sayı 3,5 min nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti