...

MDB dövlətləri oyuncaqların keyfiyyətini yoxlamadan keçirəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ MDB-yə üzv ölkələrin standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (DŞ) iştirakçı dövlətləri oyuncaqların təhlükəsizliyi və keyfiyyəti üzərində yoxlamaların aparılmasına dair razılıq əldə ediblər. Bu barədə cümə günü Dövlət Agentliyinin beynəlxalq münasibətlər sektorunun rəhbəri Sabiq Abdullayev məlşumat verib. Bu qərar təşkilatın oktyabrın 22-24-də Bişkekdə keçirilən 32-ci iclasında qəbul olunub.

İştirakçılar, həmçinin 2015-ci ilə qədər olan dövr ərzində Şuranın strateji plan layihəsi, uyğunluq və akkreditasiyanın təsdiqi məsələsi, dövlətlərarası texniki komitənin yaradılması, DŞ informasiyalarının elektron mübadiləsi sisteminin işləyib hazırlanması, qiymətləndirmə sahəsində akkreditasiya üzrə işlərin nəticələrinin tanınmasına dair müqaviləni nəzərdən keçiriblər.

Gələn il Dövlətlərarası Şuranın 33-cü iclası Bakıda keçiriləcək.

2007-2008-ci illər müddətində Dövlətlərarası Şuranın və məhsulların keyfiyyəti və xidmət sahəsində əldə olunan nailiyyətlərə görə, 2007-ci il MDB mükafatlarının verilməsi üzrə müsabiqənin Münsiflər heyətinin sədri Azərbaycan standartlaşdırma, merologiya və patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənovdur.

Müşavirədə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Ukrayna, Belarus, Gürcüstan, Qırğızıstan, Rusiya, Ermənistan, Tacikistan, həmçinin MDB-nin İcra Komitəsi və DŞ-nın standartları üzrə Büronun təmsilçiləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti