...

"Commerz Bank" Qafqazın iqtisadi inkişafında fəal iştirak edəcəyini güman edir – bankın idarə heyətinin üzvü

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2008 20:07 (UTC +04:00)
"Commerz Bank" Qafqazın iqtisadi inkişafında fəal iştirak edəcəyini güman edir – bankın idarə heyətinin üzvü

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir İ.Xəlilova / Almaniyanın "Commerz Bank"ı Azərbaycanda nümayəndəliyini açmaqla, Qafqazın iqtisadi inkişafında fəal iştirak edəcəyini güman edir,- cümə axşamı Bakıda bankın idarə heyətinin üzvü Martin Blessinq (Martin Blessing) bankın rəsmi açılışında deyib.

"Bakıdakı yeni ofisimiz Mərkəzi və Şərqi Avropada inkişaf strategiyamızda daha bir addımdır", - o deyib.

İlkin mərhələdə ofis Azərbaycanın və Gürcüstanın bazarlarını əhatə edəcək. Bakıdakı ofisin əsas məqsədi Azərbaycanın Milli Bankı, yerli banklar, hökumət və beynəlxalq institutları və yerli sahibkarlarla sıx əlaqələrin yaranmasıdır. Bakı ofisi Almaniya korporativ müştərilərinə Azərbaycanın və Gürcüstanın iqtisadi inkişaf edən bazarlarında işlərin səmərəliyini artırmaq üçün məsləhət xidmətləri də göstərəcək. Ofis, həmçinin, bazar araşdırmaları ilə məşğul olacaq. Bakı ofisi "Commerz Bank"ın MDB ölkələrində yeddinci nümayəndəsidir.

Azərbaycanın Milli Bankı, Almaniya bankının nümayəndəliyinin ölkədə fəaliyyətini həyata keçirməsinə dair razılığı 2007-ci ilin noyabrın sonunda verib.

Xəbər lenti

Xəbər lenti