...

Azərbaycan Sığortaçılar Assosiasiyası 2008-ci ilin iş planını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2008 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / " , müxbir Ü.İsmayılova / Azərbaycan Sığortaçılar Assosiasiyası 2008-ci il üçün strateji iş planını təsdiq edib - şənbə günü təşkilatın yaydığı məlumatda deyilir.

Assosiasiyanın cümə günü keçirilən iclasında 2007-ci ilin büdcəsi qəbul olunub və 2008-ci ilin büdcəsi təsdiqlənib. Üzvlük haqqı 5 min manat məbləğində müəyyən edilib - məlumatda deyilir.

İclasda 2008-ci il üçün iş planına müvafiq olaraq "Sığorta Təlim Mərkəzi"nin konsepsiyası və 2008-ci ilin iyununda Bakıda keçiriləcək Birinci Beynəlxalq Sığorta Konfransının layihəsi iclas iştirakçılarına təqdim olunub.

İclasda Assosiasiyaya yeni üzvlərin, "Az Re" təkrarsığorta və "Qarant Sığorta" şirkətlərinin qəbul edilməsi tədbiri keçirilib. Assosiasiyanın üzvlərinin sayı 31-ə çatıb.

Azərbaycan Sığortaçılar Assosiasiyası 2006-ci il dekabrın 29-da təsis edilib. Assosiasiyanın Müşahidə Şurasına beş sığorta şirkəti ("MBASK", "Standard Insurance", Beynəlxalq Sığorta Şirkəti, "Azersigorta" və "Ateshgah") daxildir.

Xəbər lenti

Xəbər lenti