...

KfW -nın maliyyə layihələri üzrə rəhbərinin səfər tarixi məlum olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2008 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbirİ.Xəlilova / Azərbaycanın maliyyə sahəsində layihələrinin gerçəkləşdirlməsi üzrə planların müzakirəsi üçün aprelin 14-də maliyyə layihələrinin rəhbəri Mihael Yainsik Bakıya, üçgünlük səfərə gələcək. Bu barədə cümə axşamı KfW-nın Bakı ofisinin rəhbəri Natiq Abdullayev məlumat verib.

"Onun qısamüddətli səfərində yeni layihələr üzrə heç bir müqavilə imzalanmayacaq, belə ki, o, yalnız məsləhətləşmələr keçirməyi planlaşdırır" -deyə Abdullayev qeyd edib.

"Baxmayaraq ki, Yaşayış Fondunun yaradılması, kiçik və orta sahibkarlığın dəstəklənməsinə 10 mln. avro ayrılmasını nəzərdə tutan, 2006 2007-ci illər üçün dövlətlərarası maliyyə sazişi artıq hazırlanıb.

Yaşayış Fondu köhnə bina və xususi evlərin modernləşdirilməsi layihəsi çərçivəsində yaradılıacaq ki, buna 3,5 mln. avro və əlavə işlərə 500 min avro kredit ayrılması nəzərdə tutulub. Yaşayış Fondunun iş prinsipi Almaniya-Azərbaycan Fondunun(AAF) fəaliyyət mexanizminə uyğun olacaq. Fond 1999-cu ildə KfW maliyyələşdirilməsi ilə Azərbaycanda sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Bu vəsaitlər tərəfdaş banklar vəsitəsilə də yayılacaq.

Layihənin əsas məqsədi Bakıdakı arxitektura əhəmiyyətli köhnə binalar, Azərbaycanın bölgələrində xüsusi evlərin modernləşdirlməsi üçün təmir işlərinin maliyyələşdirlməsidir. Almaniya bankı analoji layihələri MDB-nin başqa ölkələrində də reallaşdırıb. Layihə çərçivəsində, sovet dövründə tikilmiş panel binalar və mənzillər, evlərin fasadlarının müasir səviyyəyə çatdırılması üçün təmir işləri aparılıb.

Almaniya-Azərbaycan Fondu vasitəsilə KfW saziş çərçivəsində sahibkarlığı dəstəkləmək üçün 5 mln. avro məbləğində, üçüncü güzəştli kredit və əlavə olaraq, Fondun idarəçiliyinə və AAF meneceri - Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun (SBFIC) xidmət haqlarına 1 mln. avro məbləğində qrant ayırıb.

1999-cu ildən Almaniya bankı AAF-a iki tranşla 8,7 mln. avro verib. Onların istifadəsi artıq başa çatıb və hazırda bankların maliyyələşdirlməsi revolver hesabla həyata keçirilir. Bu vəsait, KfW -nın növbəti kreditləri və Fondun 2007-ci il oktyabrın 1-dən başlayan fəaliyyəti dövründən qazanılmış 1,8 mln. avro dəyərində gəlirlər hesablanmaqla, AAF-ın sərəncamı altında 15,5 mln. avro olacaq.

Bununla yanaşı, KfW Azərbaycana Kredit -Zəmanət Fondunun ( KZF) yaradılmasına 4 mln. avro təqdim edib ki, onlardan Fondun yaradılmasına 3,75 mln. avro və məsləhətçi xidmətlərinə 0,25 mln. avro xərclənəcək. Fond KfW qərargahında hesablama hesabı kimi fəaliyyət göstərməlidir. Azərbaycan banklarının müraciəti zamanı, məsləhətçi onları yoxlayacaq və KfW qarşısında zəmanət üçün çıxış edəcək.

KfW artıq KZF idarəçiliyindən ötrü məsləhətçi qismində Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu (SBFIC) ilə müqavilənin tamamlanması prosedurlarına başlayıb. İlkin mərhələdə "Bank of Baku", "Bank Respublika", "UniBank", "Para Bank", "Azerdemiryolbank" və "Azerigazbank" kreditlərinin KZF vasitəsilə zaminliyi planlaşdırılır. Abdullayevin sözlərinə görə, KZF yaxın günlərdə fəaliyyətə başlayacaq.

Almaniya bankı ikinci mərhələdə 5 mln.avro dəyərində kənd təsərrüfatı ərazilərinin aqromaliyyələşdirilməsinin gerçəkləşdirlməsi planlaşdırılır. Yainsik Azərbaycanın səlahiyyətli kredit təşkilatları ilə danışıqlar aparmaq və onlarla müqavilələrin müzakirəsini nəzərdə tutub. Lakin imzalanma birinci yarımillikdə mümkün olacaq.

KfW-a iki-üç tərəfdaş daxildir ki, onların arasında bank və qeyri-bank təşkilatları var.Almaniya bankı onlara subordinasiya kreditləri ayırmaq fikrindədir.Baxmayaraq ki, belə kreditlər ikinci səviyyəli kapitala daxil edilir, amma vəsaitlər kənd əhalisinin kreditləşdirilməsi üçün nəzərdə tutulacaq. Bu mərhələdə Şəki-Zaqatala və Qax kənd əraziləri əhatə olunacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti