...

2009-cu ildə Azərbaycanda regionların sosial-iqtisadi inkişafının yeni mərhələsi başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel/ " müxbir İ.Xəlilova/ Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı üzrə tədbirlərin davam etdirilməsi üçün İqtisadi İnkişaf Nazirliyi 2009-13-cü illərə hesablanmış Dövlət Proqramı hazırlayıb. Bu gün Bakıda Dövlət Proqramının layihəsinin müzakirəsi üzrə işçi qrupunun birinci iclası keçirilib.

İqtisadi inkişaf naziri Heydər Babayev tədbirdə bildirib ki, müddəti 2008-ci ildə başa çatan əvvəlki Proqramdan fərqli olaraq, bu Proqramda hər kəndin problemi ayrı-ayrılıqda araşdırılacaq. O, yerlər üzrə alınan məlumatlara əsasında hazırlanacaq ki, bu da problemləri və inkişaf perspektivlərini real qiymətləndirməyə imkan verəcək.

"Bizim üçün regionlararası münasibətlər də çox vacibdir, belə ki, biz elə inkişaf mərhələsinə qədəm qoymuşuq ki, tədbirləri kompleks şəkildə həyata keçirə bilərik və analoji layihələr bir neçə regionda təkrarlana bilər", - Babayev bildirib.

Prioritetlər arasında o, su təchizatı, elektrik təchizatı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, səhiyyə, təhsil, avtomobil yollarının yenidən qurulmasını göstərib.

Tədbirdə xüsusi fəallıq göstərilməyib. Buna görə də nazir işçi qrupuna öz təkliflərini vermək üçün icra hakimiyyəti orqanlarına müraciət edib. İclasda icra hakimiyyəti orqanlarına Proqramla tanış olmaq üçün 20 gün, Dövlət Proqramı üzrə bu rəy və təkliflərin ümumiləşdirilməsi üçün işçi qrupuna 1 ay vaxt verilib.

Nazir ölkə daxilində kənd təsərrüfatı məhsullarının bir regiondan digərinə daşınması üzrə maneələrin olması ilə bağlı narahatlığını bildirib. Belə problemlər Ən çox analoji mallar reallaşdırılanda yaradılır. Xüsusilə, quş məhsulları istehalçılarının məhsulları bir regionun ərazisindən digərinə buraxılmır. Babayev bildirib ki, belə vəziyyət yolverilməzdir, belə ki, bu, kənd təsərrüfatı məhsullarının istehal həcmi ilə emal həcmi arasında uyğunsuzluqlara səbəb olur.

Babayev ərzaq təhlükəsizliyinin təmin edilməsi çərçivəsində keçirilən ölkədə taxıl qalığı üzrə analizin nəticələrindən razı qalmadığını bildirib. Analiz nəticəsində məlum olub ki, regionlardan daxil olan düzgün olmayan statistik məlumatlara görə, real göstəricilər hesablamalara uyğun deyil.

Regionların sosial-iqtisadi inkişafına dair mövcud Dövlət Proqramı 98 faiz icra edilib. Onun reallaşdırılması dövründə regionların sosial-iqtisadi inkişafının gücləndirilməsi üzrə 15 əlavə sərəncam imzalanıb. Babayev bu Proqramın ölkədəki yoxsulluq səviyyəsinin 16 faiz azalmasına səbəb olduğunu qeyd edib. Proqram 668 min yeni iş yerinin açılmasına səbəb olub ki, onlardan 480 mini daimidir. İş yerlərinin əsas hissəsi (80 faiz) regionlarda açılıb.

İşçi qrupunun rəhbəri İqtisadi İnkişaf Nazirliyi aparatının rəhbəri Samir Vəliyev, komissiyanın sədri iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov təyin edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti