...

Gəncə avtomobil zavodu 2008-ci ildə 1000-dək Belarus traktoru yığmağı planlaşdırır – müəssisə rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 18:29 (UTC +04:00)
Gəncə avtomobil zavodu 2008-ci ildə 1000-dək Belarus traktoru yığmağı planlaşdırır – müəssisə rəhbəri

Azərbaycan, Bakı, 15 aprel/ Trend , müxbir V.Məmmədov/ Gəncə avtomobil zavodunun marketinq xidmətinin qiymətləndirmələrinə görə, bu il təqribən 1000 Belarus traktoru və 350-400 MAZ markalı avtomobil yığmaq planlaşdırılır. Bu barədə çərşənbə axşamı müəssisənin rəhbəri Xanlar Fətiyev məlumat verib.

Zavodun 2008-ci ildə "Aqrolizinq" ASC-ə yığılması Gəncədəki müəssisədə həyata keçirilən Minsk traktor zavodunun 500 traktorunun verilməsinə dair müqaviləsi var.

Hazırda Gəncə avtomobil zavodunda 5 modifikasiyada traktor yığılır. Traktorların dəyəri 13 min manatdan 35 min manatadək dəyişir. Azərbaycanda Minsk avtomobil və traktor zavodlarının yük avtomobilləri və traktorlarının bütün qammasının yığılması və satışına dair müqavilə 2006-cı il noyabrın sonunda Minskdə imzalanıb.

Traktor və avtomobillər sahəsi 15 min kv. m olan ərazidə yığılır. Gəncə zavodu ildə 1000-dək yük maşını və 2000 traktor yığmağa qadirdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]  

Xəbər lenti

Xəbər lenti